25 
Apr
2019
17:16
23
329
2502
Virtual karabakh

Deputat İçərişəhərlə bağlı yayılan fotolar barədə: Yalan xəbərlərə inanmayın

Azərbaycanda siyasi, iqtisadi sabitliyinin mövcud olmasından narahatlıq keçirən və bunu istəməyən bir sıra güc mərkəzləri müxtəlif vasitələrə əl ataraq, ölkəmizdə sabitliyi pozmağa çalışırlar. Elə son bir neçə gündə İşərişəhərdə qala divarlarının sökülməsi ilə bağlı sosial medianı zəbt edən məlumatlar da məhz çirkin məqsədlərə xidmət edir.

Bu sözləri “Ölkə.Az”a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Millət vəkili ictimaiyyəti yalan məlumatlara inanmamağa çağırıb.

“Bu, bəzi güc mərkəzləri tərəfindən həyata keçirilən informasiya təxribatıdır. Azərbaycana qarşı başladılan savaşın elementləridir. Ona görə də Azərbaycan cəmiyyəti və informasiya resursları  belə məsələlərdə diqqətli olmalıdır. Çünki bu, nəticə etibarı ilə sonda Azərbaycanın milli maraqlarına yönəlmiş təxribatlardır”, - deyə deputat bildirib.

O, əlavə edib ki,  2019-cü il Azərbaycan üçün mühüm bir ildir:

“Bu il Azərbaycan mühüm hadisələr ərəfəsindədir. Çünki həmin hadisələrin reallaşması Azərbaycanın bundan sonrakı inkişafını təmin edəcək. O baxımdan da çox əhəmiyyətli mərhələdir. Bunu bilən həmin qüvvələr bu cür təxribatlarla həmin proseslərin qarşısını almağa  və cəmiyyətin diqqətini əsas hədəflərdən yayındırmağa çalışırlar. 

Bu yolla Dağlıq Qarabağ məsələsini gündəmdən çıxarmaq istəyirlər. Çox yaxşı ki, Azərbaycanda mövcud olan intellektual təbəqə bunun fərqindədir və ona qarşı çıxır. Düşünürəm ki, Azərbaycanın media və informasiya resursları da belə təxribat xarakterli məsələlərdə diqqətli olmalıdırlar. Onlar da potensiallarını milli maraqlarımızın qorunmasına səfərbər etməlidirlər”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri