30 
May
2019
14:05
23
92
3341
Virtual karabakh

Hesabalama Palatasına yeni səlahiyyət verilir

30 May, 2019
14:05
3341

Hesabalama Palatasına yeni səlahiyyət verilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablama Palatası vergi ödəyiciləri haqqında məlumatlar əldə edə biləcək.

Oxu.Az-ın xəbərinə görə, bu, parlamentin plenar iclasının müzakirəsinə çıxarılan və Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı “Hesablama Palatası haqqında” qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə Hesablama Palatasına verə bilərlər.

Məcəlləyə dəyişiklik səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri