12 
İyl
2019
12:34
200
43
11115
Virtual karabakh

ATƏT PA Azərbaycanla bağlı vacib sənəd qəbul edib - Ermənistan narahatdır

12 İyl, 2019
12:34
11115

ATƏT PA Azərbaycanla bağlı vacib sənəd qəbul edib - Ermənistan narahatdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Bəyannamədə Azərbaycanın maraqları təmin olundu.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova bəyannamənin 22-ci maddəsindəki müddəanın müzakirələrə səbəb olduğunu bildirib:

“Həmin maddədə ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisindəki münaqişələrə vahid prizmadan yanaşılmasının zəruriliyi vurğulanıb. Bu, Ermənistanda çox ciddi narahatlığa, müzakirələrə səbəb olub”.

Vitse-spiker vurğulayıb ki, bundan əvvəl başqa bir maddədə Azərbaycandakı mövcud problemə yalnız Dağlıq Qarabağ münaqişəsi adı ilə münasibət bildirilirdi. Bu məsələlərin bir maddədə cəmlənməsi, vahid prizmadan dəyərləndirilməsi vacib addım idi:

“ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin tozunulmazlığı prinsiplərinə əsaslanaraq, Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrin sülh yolu ilə həlli üzrə danışıqları aktivləşdirməyi tövsiyə edir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri