Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İcma erməni diasporunun və onun muzdlu xidmətçisi Okamponun əməllərini pisləyib
"Qərbi Azərbaycan İcması erməni diasporunun və onun muzdlu xidmətçisi Luis Okamponun əməllərini pisləyir və beynəlxalq ictimaiyyəti bu cür yaramaz ünsürlərlə mübarizəyə səsləyir".
Oxu.Az xəbər verir ki, bu sözlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alır.
Bəyanatda bildirilir ki, erməni diasporu muzdla tutduğu Luis Okamponu fasad kimi istifadə edərək, Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başlayıb:
"Kampaniya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsini hədəf alıb. Sözügedən kampaniyanın müəllifi qismində verdiyi müsahibəsində L.Okampo özünü iqlim fəalı kimi qələmə verib, Azərbaycana qarşı böhtan atıb və soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan separatçıların azad edilməsini tələb edib. L.Okamponun, bir tərəfdən, Azərbaycana soyqırımı böhtanı atması, digər tərəfdən, soyqırımı cinayətlərini törədənlərin azad edilməsini tələb etməsi onun nə dərəcədə gülünc durumda olduğunu göstərir. Okampo həmin canilərin azad edilməsini tələb etmək əvəzinə, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4 000 azərbaycanlının taleyinə aydınlıq gətirməyə çalışmalıdır".
İcma xatırladıb ki, girov götürülmüş azərbaycanlıların həmin dövrdə Ermənistanın ali hərbi rəhbərliyində olan yüksəkrütbəli zabitlərin evlərində qul kimi işlədilməsinə, azərbaycanlı əsirlərin vaxtilə işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistanda olan düşərgələrdə edam edilməsinə dair təkzibolunmaz ictimai dəlillər var.
"Özünü iqlim fəalı kimi göstərməyə çalışan Okampo yaxşı olardı ki, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək viran qoyması və oraya milyonlarla mina yerləşdirməsi nəticəsində ətraf mühitə sağalmaz yaralar vurması, Ermənistanda azərbaycanlılar yaşamış ərazilərin dağıdılması, dağ-mədən sənayesi ilə hava və su hövzələrinə vurduğu zərərlər ilə məşğul olsun", - deyə qeyd edilib.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcmasının 2025-ci ildə əsas hədəfləri açıqlanıb
- Qərbi Azərbaycan Xronikası: "Azərbaycanlılar Türkiyə ilə sərhəddə mitinq keçirirdilər"
- Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən məqalə nüfuzlu nəşrlərdə dərc olunub
- İcma fransalı deputatın azərbaycanlıların qayıdış hüququna zidd fikirlərini qınayıb
- Xronika: "Xan Bahadura aid mülkləri orbelyanların adına çıxdılar"