30 
Okt
2019
11:56
163
46
3593
Virtual karabakh

Şoyqu İlham Əliyevlə görüşdə Türkiyə ilə razılaşmadan danışdı

30 Okt, 2019
11:56
3593

Şoyqu İlham Əliyevlə görüşdə Türkiyə ilə razılaşmadan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə və Rusiya prezidentlərinin Soçidə imzaladığı memorandum çətinlik olmadan həyata keçirilmir, ancaq görürük ki, bu, sülhün bərqərar olması və Suriyanın suverenliyinin qorunması üçün yeganə yoludur

TASS xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarının qəbulu zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. 

S.Şoyqu qeyd edib ki, Rusiya bu gün beynəlxalq terrorizmlə mübarizədə geniş təcrübə qazanıb:

“Təcrübəmizi həmkarlarımızla bölüşməyə hazırıq. Bu, beynəlxalq terrorizmə qarşı mübarizə və humanitar yardım - minalardan təmizlənmə, tibbi xidmət və digər məsələlərə aiddir”.

Koalisiya hərbi quruluşuna toxunan Şoyqu burada gündəliyin “olduqca geniş” olduğunu qeyd edib:

“Əməkdaşlıq birlikdə düşündüyümüz və təsdiq etdiyimiz plana uyğun olaraq inkişaf edir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri