Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kamran Əliyev rusiyalı həmkarı ilə ətraf mühitin mühafizəsini müzakirə etdi
Azərbaycanın baş prokuroru Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov ilə görüşüb.
Oxu.Az "Vestnik Kavkaza"ya istinadən xəbər verir ki, görüşdə Krasnov azərbaycanlı həmkarlarını ətraf mühitin mühafizəsi sahəsində nəzarət və hüquq-mühafizə orqanlarının səylərini birləşdirməyə çağırıb.
Onun sözlərinə görə, Rusiya Azərbaycan prokurorluğunun iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının işini aktivləşdirmək təşəbbüsünü alqışlayır və bununla bağlı Bakıda keçirilən COP29 iqlim konfransının əhəmiyyətini qeyd edir.
"Şübhə etmirəm ki, prokurorluq orqanlarının potensialı bu məsələnin həlli üçün lazımlı olacaq", - Rusiyanın baş prokuroru bildirib.
O, nümunə kimi Xəzər regionu ölkələri arasında ekoloji təhlükəsizlik üzrə əməkdaşlığı göstərib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Bir neçə rayonda qanunsuz ağackəsmə faktı ilə bağlı ARAŞDIRMA - 44 min manatdan çox ziyan vurulub
- 86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxs HƏBS OLUNDU
- Zaqatalada ağacların kəsilməsi ilə bağlı cinayət işi başlandı: Vəzifəli şəxslər işdən ÇIXARILDI
- Azərbaycanda təbiətə yüzminlərlə manat ziyan vuruldu - Cinayət işi açıldı
- "Global Media Group"un tərkibindəki media qurumu "Prokurorluğun dostu" mükafatı ilə təltif olunub