Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İran prezidenti Bakıya niyə gəlmədi?
Azərbaycanın paytaxtında yüksək təşkilatçılıqla keçirilməkdə olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı mediada və ekspertlər arasında müzakirə olunan məsələlərdən biri də İran prezidenti Məsud Pezeşkianın bu mötəbər tədbirə qatılmamasıdır. Belə bir müzakirənin olması isə tamamilə məntiqlidir, çünki İran tərəfi ölkə prezidentinin Bakıya səfər edəcəyini rəsmən təsdiqləmişdi. Odur ki, səfər gerçəkləşmədikdə, "İran prezidenti Bakıya niyə gəlmədi?" sualının meydana çıxması olduqca təbiidir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.
Müəllif bildirib ki, bu suala təkcə Azərbaycanda deyil, İran mətbuatı və sosial şəbəkələrində də cavab axtarılmaqdadır.
"Qeyd edək ki, COP29 mövzusu İranda əsasən son iki ayda gündəmə gəlib və ölkənin bu beynəlxalq tədbirə yanaşması ilə bağlı yüksək heyətlə, yəni prezident səviyyəsində iştirakdan və ya aşağı səviyyəli təmsilçilikdən tutmuş tam boykota qədər müxtəlif mövqelər ifadə olunub. Əlbəttə, COP29-un ağır sanksiyalarla üzləşmiş, ciddi ekoloji problemlər yaşayan İran üçün yaxşı bir fürsət olduğunu və bu imkandan yararlanmağın vacibliyini vurğulayan rəsmilər, mütəxəssislər az olmayıb. Bununla belə, mətbuatın monitorinqindən COP28-də olduğu kimi, İranın rəsmi heyətlə deyil, ekspertlər səviyyəsində iştirakını təklif edənlərin, yaxud ümumiyyətlə, iştirakdan imtinaya çağıranların səsinin daha gur eşidildiyi təəssüratı yaranıb. COP29-da İranın məhdud iştirakı, yaxud ümumən tədbirin boykot edilməsi ilə bağlı təbliğatda bəlli anti-Azərbaycan jurnalistlər və ekspertlərlə yanaşı, "Təsnim" və "Mehr" kimi yarımrəsmi informasiya agentlikləri də fəallıq göstəriblər", - deyə videoda vurğulanır.
Ətraflı süjetdə:
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
- Pezeşkian: "İran Rəşt-Astara marşrutunun tikintisini prioritet hesab edir"
- Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir
- Prezident İlham Əliyev Pakistanın Baş nazirinə məktub ünvanlayıb
- İran 40 ildir siyasi əlaqələri olmayan Misirdə səfirlik açmağa ümid edir
- Əli Əsədov Qahirədə Rəcəb Tayyib Ərdoğan və digər dövlət başçıları ilə görüşüb