Latviya Müşahidə Missiyası Azərbaycanda keçirilən parlament seçkilərində apardıqları müşahidələrin nəticələrini açıqlayıb.
Trend-in məlumatına görə, müşahidəçilərin nümayəndəsi Armands Krauze Azərbaycanda növbədənkənar parlament seçkilərinin Avropada olduğu kimi, yüksək demokratik standartlara uyğun keçirildiyini vurğulayıb:
“Təqdirəlayiq haldır ki, seçki məntəqələrində çoxlu sayda yerli müşahidəçi iştirak edib. Bu, o deməkdir ki, siyasi proseslər cəmiyyətin diqqət mərkəzindədir. Bu, vacib məqamdır.
Hətta deyərdim ki, cəmiyyətin belə aktivliyi digər Avropa ölkələrində yoxdur. Təşkilatçılıq baxımından istər paytaxtda, istərsə də bölgələrdə seçki prosesi qənaətbəxş təşkil olunub”.
Latviyalı müşahidəçi: “Cəmiyyətin belə aktivliyi digər Avropa ölkələrində yoxdur” - VİDEO