Azərbaycanın qonşu ölkələrlə (Rusiya, İran, Gürcüstan, Türkiyə) dövlət sərhədinin bağlanması, Bakıdan Qazaxıstana uçuşların məhdudlaşdırılması və ləğvi ilə əlaqədar olaraq, bu ölkənin bütün vətəndaşlarına (yaşayış icazəsi olan əcnəbilər/vətəndaşlığı olmayan şəxslər) təcili tədbirlər görərək, 2020-ci il 22 mart tarixinə qədər vətənə qayıtmalarını tövsiyə edirik.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, hazırda Bakı-Moskva-Qazaxıstan marşrutu üzrə uçuşlardan və su yolu ilə Bakı (Ələt) - Aktau (Qazaxıstan) limanından istifadə olunur.