Apr
2020
17:24
199
44
2250
Virtual karabakh

XİN: “Dünya ictimaiyyəti növbəti dəfə Ermənistanın işğalçı siyasətini rədd etdi”

6 Apr, 2020
17:24
2250

XİN: “Dünya ictimaiyyəti növbəti dəfə Ermənistanın işğalçı siyasətini rədd etdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində martın 31-də işğalçı dövlət tərəfindən keçirilən qondarma seçkilər beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir. 

Məlumatda qeyd olunur ki, beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri, habelə çoxsaylı dövlətlər bu qondarma seçkilərin və onların nəticələrinin qanunsuz olduğunu bəyan etdilər.

“BMT-dən sonra ikinci böyük siyasi platforma olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatı, eləcə də çoxsaylı digər təşkilat və dövlətlərin bu sırada yer alması bütün dünya ictimaiyyətinin Ermənistan Respublikasının işğalçı siyasətini və onun nəticələrini rədd etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir.

Bir daha vurğulayırıq ki, Dağlıq Qarabağda seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər. Hər hansı seçkinin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün olacaq”, - deyə XİN-in məlumatında bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri