18 
Avq
2022
15:41
188
21
1063
Virtual karabakh

Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq

18 Avq, 2022
15:41
1063

Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq

Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Milli arxiv fondu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanunun 13-cü maddəsinə edilən dəyişikliklərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, dövlət qeydiyyatı, mühafizəsi və istifadəsi sahəsində bu Qanunun tələblərinin icrasına nəzarət edir, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsini, arxiv sənədlərinin rəqəmsallaşdırılmasını və vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin edəcək.

Ümumilikdə isə qanuna dəyişikliklərdə Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri