Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Binəli Yıldırım və Şamil Ayrımın avtomobili Azərbaycanda qəzaya düşdü - YENİLƏNİB + FOTO/VİDEO
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında Azərbaycanda avtomobil qəzasında xəsarət alan Ədalət və İnkişaf Partiyasının üzvləri ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, o, partiyadaşlarına xoş arzularını çatdırıb.
“Azərbaycana səfərimiz zamanı yol qəzası keçirən Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkilimiz Şamil Ayrıma və polis rəisimiz Oğuzhan Dəmirciyə ən xoş arzularımı çatdırıram. Şükür ki, yaxşıdırlar. Allah sizi qorusun”, - Çavuşoğlu sosial şəbəkə hesabında yazıb.
Azerbaycan ziyaretimizde trafik kazası geçiren AK Parti Genel Başkan Vekilimiz Sayın Binali Yıldırım’a, Milletvekilimiz Şamil Ayrım’a ve Emniyet Müdürümüz Oğuzhan Demirci’ye geçmiş olsun dileklerimi iletiyorum. Hamdolsun durumları iyi. Allah beterinden korusun.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) October 20, 2022
00:10
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ölkəmizdə yol-nəqliyyat hadisəsi keçirən Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və eyni partiyadan olan millət vəkili Şamil Ayrıma baş çəkmək üçün onların müalicə olunduğu xəstəxanaya gəlib.
Bu barədə diplomat sosial şəbəkə səhifəsində məlumat verib: “Biz xəstəxanadayıq. Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımı, İstanbul millət vəkilimiz Şamil Ayrımı, xəstəxanadakı cangüdən dostlarımızı ziyarət etdik. Bütün həkimlər, səhiyyə işçiləri onlarla yaxından maraqlanırlar. Zərərçəkənlərin səhhətinin yaxşı olduğu barədə bizə məlumat verilib”, - deyə səfir “Twitter” səhifəsində yazıb.
Hastanedeyiz. Sn. Başbakanımız Binalı Yıldırım,İstanbul Milletvekilimiz Şamil Ayrım,Koruma arkadaşlarımızı hastanede ziyaret ettik.Tüm doktorlar ve sağlık çalışanları titizlikle ilgilenmekteler. Sağlık durumlarının iyi olduğu bilgisini aldık. Geçmiş olsun dileklerimizi iletiyorum
— Cahit Bağcı (@cahitbagci) October 20, 2022
00:05
Azərbaycanda avtomobil qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və həmin partiyadan olan millət vəkili Şamil Ayrımın həyatı üçün təhlükə yoxdur.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, siyasətçilərin müəyyən əzilmə və ağrıları olsa da, onların həyatları təhlükə altında deyil.
Türkiyəli rəsmilər hazırda həkim nəzarətindədirlər.
23:07
Azərbaycanda yol-nəqliyyat hadisəsi yaşayan Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım hadisə ilə bağlı paylaşım edib.
O, öz vəziyyətilə bağlı “Twitter” səhifəsində məlumat verib.
“Azərbaycana səfərimiz zamanı yol qəzası keçirdik. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada nəzarət altındayıq. Dua edən və xoş arzularını göndərən hər kəsə təşəkkür edirəm”, - siyasətçi qeyd edib.
Azerbaycan seyahatimiz sırasında bir trafik kazası geçirdik.
— Binali Yıldırım (@BY) October 20, 2022
Allah’a şükürler olsun ki durumumuz iyi. Tedbir amaçlı hastanede kontrol altındayız.
Dua eden, geçmiş olsun dileklerini ileten herkese teşekkür ediyorum.
22:02
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycanda səfərdə olarkən qəzaya düşən Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyadan olan millət vəkili Şamil Ayrımın, həmçinin avtomobildə olan mühafizəçinin səhhəti barədə məlumat verib.
O, bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Mən onlarla əlaqə saxladım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır və qəzadan yüngül xəsarətlərlə qurtulublar”, - nazir qeyd edib.
Mənbə: Haber Global
"Binəli Yıldırım" teqi üzrə xəbərlər
- Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri COP29-da iştirak edəcək
- Binəli Yıldırım: “Türkiyə Cənubi Qafqazda sülhün bərqərar edilməsinə tərəfdardır”
- Bakıda XI Qlobal Bakı Forumu işə başlayıb, İlham Əliyev iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
- Ərdoğan: “3+3” regional formatı çox vacib platformadır”
- Ərdoğan: “Beynəlxalq nizamın pozulması kimi problemlərə qarşı birgə mübarizə aparmalıyıq”