Noy
2022
14:56
181
41
978
Virtual karabakh

Deputat: “Soçi görüşü sülh müqaviləsinin qısa zamanda imzalanmasını özündə ehtiva edir”

1 Noy, 2022
14:56
978

Deputat: “Soçi görüşü sülh müqaviləsinin qısa zamanda imzalanmasını özündə ehtiva edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nəzərə alsaq ki, Soçidə razılaşdırılmış və imzalanmış bəyanatda tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqlarını bəyan etdilər, Soçi görüşü Azərbaycan diplomatiyasının bir uğurudur”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Alma-Ata Bəyannaməsinə istinad bir daha təsdiq edir ki, növbəti mərhələdə danışıqlar ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində davam etdiriləcək:

“Alma-Ata protokolu 1991-ci il 21 dekabrda sonradan MDB-ni yaradan 11 ölkə tərəfindən imzalanıb. Həmin protokolu imzalamaqla Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımışdı. Amma sonradan torpaqlarımızın 20 faizə yaxınının işğal edilməsi Ermənistanın digər beynəlxalq sənədlərdə nəzərdə tutulan öhdəliklər kimi Alma-Ata protokolundakı öhdəliklərinə də əməl etmədiyini göstərdi”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Soçi bəyanatı artıq İrəvanda da Qarabağın Azərbaycan torpağı olduğunun qəbul edilməsindən xəbər verir:

“Bu baxımdan təbii ki, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi münaqişə artıq həll olunub. Sülh danışıqları Azərbaycanın təklif etdiyi beş bənd üzərində aparılacaq. Artıq kommunikasiyaların bərpa edilməsinin müzakirə edilməsi mümkündür. Bu, son sənəddə də öz əksini tapır. Həmin sənəddə münaqişə və Qarabağ sözlərindən istifadə olunmur. Bu isə ondan xəbər verir ki, artıq danışıqlar və Azərbaycan diplomatiyasının uğuru nəticəsində formalaşmış yeni düzən birmənalı şəkildə sülh müqaviləsiylə bağlı danışıqların genişlənməsi və sülh müqaviləsinin qısa zamanda imzalanmasını özündə ehtiva edir. Bütün bunları reallaşdıran Azərbaycan Ordusunun əldə etdiyi zəfərdir. Ölkə prezidentinin də qeyd etdiyi kimi, münaqişə iki il öncə həll olunub. Ona görə də artıq tərəflər real olaraq sülh anlaşmasının imzalanmasıyla bağlı fəaliyyətlərini genişləndirəcəklər. Bu da ölkələrin ərazi bütövlüyünün tanınmasına gətirib çıxaracaq”.

Vüqar Bayramov bildirib ki, baş verənlər region üçün yeni bir düzəndir:

“Soçi bəyanatı Cənubi Qafqaza sülhün yenidən qayıtmasına və bütövlükdə regionun inkişafına, o cümlədən iqtisadi inkişafa töhfə verəcək. Praqa görüşündən sonra yenidən Alma-Ata protokoluna istinad danışıqların yalnız ərazi bütövlüyü və ölkənin suverenliyi çərçivəsində həyata keçiriləcəyini göstərir”. 

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri