14 
Noy
2022
15:48
247
26
761
Virtual karabakh

Fransalı deputat: “Makron Azərbaycanla Ermənistanı yaxınlaşdırmağa xidmət edən siyasətə üstünlük verməlidir”

14 Noy, 2022
15:48
761

Fransalı deputat: “Makron Azərbaycanla Ermənistanı yaxınlaşdırmağa xidmət edən siyasətə üstünlük verməlidir”

“Emmanuel Makron Azərbaycanla Ermənistanı bir-birinə yaxınlaşdırmağa xidmət edən siyasətə üstünlük verməlidir”.

Bunu “Report”un yerli bürosuna fransalı deputat Andre Vilye Fransa Senatının Azərbaycanın əleyhinə hazırladığı qətnamə layihəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Fransa parlamentinin ölkənin xarici siyasətini müəyyən etmək cəhdləri yolverilməzdir:

“Fransa Milli Assambleyasında Azərbaycanla Ermənistan arasında münaqişənin davam etdiyi dövrdə qərəzli qətnamənin qəbuluna cəhdlər olunub. Bu zaman deputatların böyük əksəriyyəti ermənilərin mövqeyinə səs veriblər. Bu da onu göstərir ki, Milli Assambleya ölkənin xarici siyasətinə dair qərarlar verməyə çalışır. Bu, heç də normal deyil. Mən gedən proseslərdən və onların nəticələrindən çox məyusam”.

A.Vilye deyib ki, Fransada çox böyük erməni diasporu mövcuddur və onların təsir dairəsi də olduqca genişdir:

“Onlar Fransanın Paris ətrafı rayonları və ölkənin cənub bölgələrində çoxluq təşkil edirlər. Deputatlar seçkilər zamanı erməni seçicilərinin mütəmadi təzyiqlərinə məruz qalırlar. Burada şantajın bir növü olan seçki şantajından söhbət gedir. Bu əməllər sülhün bərpa olunması cəhdlərinə böyük əngəl törədir. Halbuki 30 illik münaqişədən sonra Azərbaycan və Ermənistan beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri çərçivəsində, nəhayət, sülh şəraitində yaşaya bilərlər”.

Deputat Fransa hökumətinin Azərbaycan-Ermənistan münaqişəsindəki 30 illik diplomatik uğursuzluğundan sonra bu gün də faydasız siyasət yürütdüyünü vurğulayıb:

“Avropa İttifaqı Komissiyasının Prezidenti hazırda yaşadığımız enerji böhranına görə Azərbaycana səfər edib və bu səfər nəticəsində Azərbaycan Prezidenti Avropa İttifaqına ixrac olunan qazın iki dəfə artırılmasına razılıq verib. Fransa da öz növbəsində bu qərardan faydalan ölkələr siyahısındadır. Fransa hökuməti bir tərəfdən Ermənistanın tərəfini saxladığını nümayiş etdirir, digər tərəfdən qazı da daxil olmaqla Azərbaycanın təbii ehtiyatlarından faydalanır. Bu siyasət ermənilərin tərəfini tutduğunu artıq nümayiş etdirən dövlət başçısına heç bir mənada xeyir gətirməyəcək. Emmanuel Makronun vəkil rolunu oynamaqdansa, hər iki ölkəni bir-birinə yaxınlaşdırmağa xidmət edən siyasətə üstünlük verməsi daha faydalı olar. Bununla da Cənubi Qafqazda sülh və əmin-amanlıq bərpa olunar”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri