Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, humanitar yardımlarla bağlı qardaş ölkəyə FHN tərəfindən 2 mobil səhra hospitalı, 2630 çadır, 3 xüsusi təyinatlı xilasetmə nəqliyyat vasitəsi, 707 ədəd qızdırıcı, 540 ədəd çarpayı, 5 ədəd böyük gücə malik generator, 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, 20000 ədəd corab, 8000 ədəd geyim dəsti, 650 ədəd masa, 2000 ədəd oturacaq, 7000 ədəd iplik dəsmal və digər ləvazimat göndərilib.
Eyni zamanda Türkiyənin Kahramanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.
Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar FHN-in qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardımı - 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb. Humanitar yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.
11:36
Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardımı - 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, avtomobil karvanı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) şəhər ərazisində yerləşən Təhsil Mərkəzinə gəlib.
FHN-in polkovniki Şəmsəddin Əmrahov bildirib ki, humanitar yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in hazırda 758 heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.
FHN-in Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi məlum olub - YENİLƏNİB + FOTO/VİDEO