11 
Apr
2015
17:55
76
26
3215
Virtual karabakh

Ərəb mediası İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərindən yazdı

11 Apr, 2015
17:55
3215

Ərəb mediası İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərindən yazdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu səfər çoxtərəfli əlaqələrimizdə gələcək inkişafın başlıca təminatı olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri ərəb mediasında geniş işıqlandırılıb. Yaxın Şərqdə dərc olunan qəzetlər və nüfuzlu ərəbdilli telekanallar Azərbaycan Prezidentinin səfərini regional əməkdaşlığın yeni səhifəsi kimi qiymətləndiriblər.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısının səfərinin təfərrüatlarını əks etdirən yazılar mərkəzi qərargahı Səudiyyə Ərəbistanında yerləşən və ərəb dünyasının yüksək tirajlı mətbu orqanları sayılan “Hayat”, “Al Vatan”, “Madina Press”, “Arab News”, “Şərq”, “Al Majlis” kimi yüksək tirajlı qəzetlərdə və nüfuzlu xəbər agentliklərində dərc edilib. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri Azərbaycanla Yaxın Şərq regionu arasında əlaqələrin yeni inkişaf mərhələsi kimi dəyərləndirilib. Yerli media orqanları Azərbaycan Prezidentinin iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudla görüşü zamanı müzakirə olunan siyasi, iqtisadi əməkdaşlıq, enerji sahəsi, qarşılıqlı sərmayə qoyuluşu və turizm sektorunda tərəfdaşlığın perspektivlərinə diqqət çəkiblər. “Arab Press” və “Al Riyad” xəbər agentlikləri isə paytaxt Ər-Riyad və Ciddə şəhərlərində Krallığın hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri ilə keçirilən görüşlərdən önəmli məqamlar və fotolar dərc edib.

Yaxın Şərq mediası Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvlərinin ümrə ziyarətinə də xüsusi yer ayırıb. “Madina Press” İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə Əl-Həram məscidinin ziyarətinə dair fotolar yayımlayıb.

Qeyd olunur ki, Azərbaycan Prezidenti və ailə üzvlərinin müqəddəs Kəbəyə daxil olması Səudiyə Ərəbistanı Krallığının dövlətimizin başçısına olan dərin hörmətinin təzahürüdür.

Birləşmiş Ərəb Əmirliklərində ərəb və ingilis dillərində dərc olunan “Gulf News” qəzetində də Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri və Mədinə şəhərində Peyğəmbər məscidinin ziyarətinə dair yazılar yer alıb.

Qəzet yazır ki, Azərbaycan ərəb regionu üçün Avropa, Orta Asiya və Yaxın Şərq arasında strateji körpü və dinamik inkişaf edən tərəfdaşdır. Bu baxımdan Azərbaycan Prezidentinin regiona səfəri çoxtərəfli əlaqələrimizdə gələcək inkişafın başlıca təminatı olacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri