Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib - YENİLƏNİB + VİDEO
1-4 may 2023-cü il tarixlərində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda olarkən onlar ABŞ-nin dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər.
Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
23:13
ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə nizamlanması və normallaşdırılması üzrə danışıqların yekun raundu keçirilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, bugünkü görüş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 1-dən ABŞ-də aparılan gərgin danışıqların yekun görüşüdür.
Onun sözlərinə görə, görüşlərin və danışıqların nəticələri ilə bağlı məlumatların yayılacağı gözlənilir.
Xatırladaq ki, mayın 1-də ABŞ-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib.
Mayın 3-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə növbəti görüş keçirib.
"Ararat Mirzoyan" teqi üzrə xəbərlər
- İki maddəlik Ermənistan: Müharibədə məğlub olan Paşinyan sülhü də uduzub
- Normallaşma prosesini əngəlləyən üçlük: Dekotinyi, Okampo və katolikos
- Mirzoyan: "Ermənistan və Azərbaycan məhsullarının qarşılıqlı tranzitini təşkil edə bilərik"
- Azərbaycan və Ermənistan müqavilə mətninin 17 maddəsindən 15-i üzrə razılığa gəliblər
- Xaosun bir addımlığında: Ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq