21 
Apr
2015
16:25
159
51
1835
Virtual karabakh

Azərbaycan və İran birgə müdafiə komissiyası yaradır

21 Apr, 2015
16:25
1835

Azərbaycan və İran birgə müdafiə komissiyası yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qərara alınıb ki, dini radikalizm sahəsində birgə addım atılsın”.

Azərbaycanla İran arasında müştərək müdafiə komissiyası yaradılacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İranın müdafiə naziri Hüseyn Dehqanın Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

Səfir bildirib ki, bu komissiyaya Azərbaycanın və İranın müdafiə nazirlərinin rəhbərlik etməsi qərarı alınıb:

“İki ölkə Müdafiə nazirlikləri arasında müzakirələr bu komissiya çərçivəsində aparılacaq və təkliflər irəli sürüləcək. Komissiya təhlükəsizlik məsələləri, regionun təhlükəsizliyi və sair istiqamətdə fəaliyyət göstərəcək”.

Diplomat qeyd edib ki, İranın müdafiə nazirinin Azərbaycanda keçirdiyi görüşlərdə ikinci əsas mövzu regional məsələlər olub:

“Dünyada və regionda bəzi məsələlər var ki, bizim ölkələrimizə də təsir edir. Xüsusi olaraq bölgəni və ölkələri təhdid edən “İŞİD” qruplaşması, “Əl-Qaidə” ilə bağlı məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, dini radikalizm sahəsində birgə addım atılsın və lazımi tədbirlər həyata keçirilsin”.

Xatırladaq ki, müdafiə naziri Zakir Həsənovun dəvəti ilə Azərbaycana səfər edən İranın müdafiə nazirini prezident İlham Əliyev qəbul edilib. H.Dehqan müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Yavər Camalovla da görüşüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri