İyl
2023
15:28
68
18
660
Virtual karabakh

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərləri görüşüblər

5 İyl, 2023
15:28
660

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərləri görüşüblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisidə səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və deputat Rauf Əliyev Gürcüstan parlamentinin vitse-spikeri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze ilə görüşüblər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, tərəflər ölkələr arasında mövcud strateji tərəfdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Söhbət zamanı Arçil Talakvadze Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. Öz növbəsində Arzu Nağıyev Gürcüstanın Azərbaycanın yaxın dostu və tərəfdaşı olduğunu, hər iki ölkənin rəhbərliyi arasında etimad və məhsuldar əməkdaşlığın olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri