İyl
2023
09:32
82
14
564
Virtual karabakh

Kuba televiziyasında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən bəhs edilib

6 İyl, 2023
09:32
564

Kuba televiziyasında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən bəhs edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Kuba Respublikasındakı səfiri Ruslan Rzayev bu ölkənin “Cubavision Internacional” televiziya kanalının “Enlace Cuba” proqramının Qoşulmama Hərəkatına (QH) həsr olunmuş xüsusi buraxılışında ölkəmizin bu təşkilata sədrliyi barədə müsahibə verib.

Oxu.Az xəbər verir ki, R.Rzayev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi mötəbər tədbirlər, koronavirus pandemiyası ilə mübarizə sahəsində irəli sürdüyü beynəlxalq səviyyəli təşəbbüslər, QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun təsis edilməsi, pandemiyaya qarşı mübarizə üzrə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması, habelə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə ölkəmiz tərəfindən inkişaf etməkdə olan ölkələrə göstərilən maliyyə və humanitar yardımlar barədə məlumat verib. Bununla yanaşı, Azərbaycanın sədrliyi müddətində Hərəkatın təsisatlanması istiqamətində görülən işlər çərçivəsində QH Parlament Şəbəkəsinin və QH Gənclər Təşkilatının yaradıldığını qeyd edib.

Səfir həmçinin, Kubanın Hərəkatın təsisçi üzvü kimi Azərbaycanın sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərə göstərdiyi dəstəyə, 2019-cu ildə Kuba Respublikasının prezidenti, 2023-cü ildə isə Kuba Respublikasının vitse-prezidentinin Bakıda keçirilmiş Zirvə görüşlərində, eləcə də digər tədbirlərdə Kuba nümayəndə heyətinin iştirakına toxunub.

İki hissədə, müvafiq olaraq 25 iyun və 2 iyul tarixlərində yayımlanan proqram çərçivəsində Azərbaycanın QH-yə uğurlu sədrliyi xüsusi vurğulanaraq, QH çərçivəsində ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərlə bağlı videomateriallar nümayiş edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri