Noy
2023
11:14
10
64
1656
Virtual karabakh

Nazir müavini: “Ermənistanda islam abidələrinin heç biri Azərbaycan irsi kimi göstərilməyib”

6 Noy, 2023
11:14
1656

Nazir müavini: “Ermənistanda islam abidələrinin heç biri Azərbaycan irsi kimi göstərilməyib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanda 25 mindən çox tarixi abidə qeydə alınıb və siyahıya alınan islam abidələrinin heç biri Azərbaycan irsi kimi göstərilməyib”.

“Report”un xəbərinə görə, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Qərbi Azərbaycana qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdışla bağlı əsas məsələ bu ərazilərdə azərbaycanlıların yaşaması həqiqətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.

“Bu gün Qərbi Azərbaycanda islam abidələri - məscidlər, mədrəsələr və karvansaraların heç birinin adı çəkilmir. Bu baxımdan, Azərbaycanın maddi-mədəni irsinin dağıdılmasından dolayı bizim onları mühakimə etmək haqqımız var. Ona görə də buradakı dağıdılan Azərbaycan maddi-mədəni irsimiz haqqında beynəlxalq səviyyədə təbliğat işləri həyata keçirməliyik”, - o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri