14 
Noy
2023
19:12
14
155
3646
Virtual karabakh

“Formula-1”ə görə vergi güzəştlərinin müddəti daha üç il uzadılır

14 Noy, 2023
19:12
3646

“Formula-1”ə görə vergi güzəştlərinin müddəti daha üç il uzadılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” yarışına görə vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.

“Report”un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə Azərbaycan Respublikasında keçirilən “Formula-1” və “Formula-2” yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri - 2018-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olacaq.

Hazırda bu müddət 2018-ci il yanvarın 1-dən 6 il nəzərdə tutulub.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri