28 
Noy
2023
18:04
39
16
2120
Virtual karabakh

FIA 2023-ün qalib avtomobilləri Heydər Əliyev Mərkəzində sərgilənəcək

28 Noy, 2023
18:04
2120

FIA 2023-ün qalib avtomobilləri Heydər Əliyev Mərkəzində sərgilənəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçiriləcək Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclasları və “FIA Prize-Giving Ceremony” - mükafatlandırma mərasimi günlərində paytaxt sakinləri və qonaqların diqqətini cəlb edəcək tədbirlərdən biri də 2023-cü ildə avtomobil idmanı üzrə müxtəlif çempionatların qalib avtomobillərinin sərgisi olacaq.

Sərgi dekabrın 6-da FIA tədbirlərinin keçirildiyi məkanlardan biri - Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. İctimaiyyət üçün açıq olacaq sərgidə 2023-cü ildə “Formula-1”, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikross Çempionatı (World Rallycross Championship), “Formula E”, Dünya Kartinq Çempionatında (Mondokart.com FIA Karting World Championship - KZ) qalib pilotların idarə etdikləri avtomobillər nümayiş olunacaq.

Avtomobil idmanı həvəskarları sərgidə bir daha həmin yarışların həyəcanını yaşamaq imkanı qanacaqlar.

Xatırladaq ki, dekabrın 5-dən 8-dək Bakı ilk dəfə olaraq Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində il yekununun ən gözlənilən tədbirlərindən biri olan “FIA Prize-Giving Ceremony”yə ev sahibliyi edəcək. Mükafatlandırma mərasimində il ərzində avtomobil idmanı sahəsindəki qaliblərə mükafatlar təqdim olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri