30 
Noy
2023
13:25
75
38
1648
Virtual karabakh

Ermənistan XİN başçısı: “İrəvan normallaşma prosesi ilə bağlı Bakıya təkliflər paketi təqdim edib”

30 Noy, 2023
13:25
1648

Ermənistan XİN başçısı: “İrəvan normallaşma prosesi ilə bağlı Bakıya təkliflər paketi təqdim edib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrəvan münasibətlərin normallaşması prosesini irəli aparmaq üçün Azərbaycana təkliflər paketi təqdim edib.

Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-ə üzv ölkələrin XİN başçıları Şurasının toplantısı çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Lorens Bunla görüşdə bildirib.

Həmsöhbətlər regional təhlükəsizlik və sabitlik məsələləri, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Bundan başqa Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində atılan addımlar da qeyd olunub.

“Prosesin irəliləməsi imkanından yararlanmaq üçün Ermənistan ötən həftə ikitərəfli saziş layihəsi üçün təkliflər paketini Azərbaycana təhvil verib”, - deyə Mirzoyan bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri