Dek
2023
18:12
208
21
739
Virtual karabakh

Türkiyə səfiri Kahramanmaraşa göndərilən növbəti yardıma görə Azərbaycana təşəkkür edib - VİDEO

1 Dek, 2023
18:12
739

Türkiyə səfiri Kahramanmaraşa göndərilən növbəti yardıma görə Azərbaycana təşəkkür edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycana təşəkkür edib.

O, bu barədə “X” hesabında yazıb.

“Ölkəmizdə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar kədərimizi öz kədəri bilən, bizimlə tək ürək olan qardaş Azərbaycana növbəti dəfə təşəkkür edirik. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə, “qardaşlarımız üşüməsin” prinsipi ilə hazırlanmış üçüncü yardımı Kahramanmaraşa yola saldıq. Komitə rəhbəri Fuad Muradova və komandasına təşəkkür edirik”, - o bildirib.

Səfir qeyd edib ki, biz birlikdə güclüyük: “Yaralarımızı birlikdə sarımağa davam edəcəyik”.

Xatırladaq ki, bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri