Dek
2023
11:08
134
26
827
Virtual karabakh

Prezident İlham Əliyev Laos Prezidentini və xalqını təbrik edib

2 Dek, 2023
11:08
827

Prezident İlham Əliyev Laos Prezidentini və xalqını təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisuliti təbrik edib. 

Bu barədə President.az xəbər verib. 

Təbrik mətnində deyilir: 

“Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Laos arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri