Dek
2023
11:46
35
23
1022
Virtual karabakh

Əziz Ələkbərli: “Ermənistan mədəni irsimizi qiymətləndirmək üçün UNESCO missiyasını ölkəyə buraxmır”

5 Dek, 2023
11:46
1022

Əziz Ələkbərli: “Ermənistan mədəni irsimizi qiymətləndirmək üçün UNESCO missiyasını ölkəyə buraxmır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün UNESCO missiyasını ölkəyə buraxmır”.

“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, dünya miqyasında qaçqınların sayında təəssüf doğuran artım müşahidə edilir:

“Qaçqın və məcburi köçkünlərin əhəmiyyətli bir hissəsi öz yurdlarından silahlı münaqişələr səbəbindən didərgin düşüb. Lakin bəzi hallarda məkrli aktorların silahlı münaqişələri məhz etnik təmizləmə məqsədilə başlatdığı qeyd edilməlidir. Belə mənfur nümunələrdən biri də Ermənistanın əməlləridir. Ermənistanın hərəkətləri bu ölkədəki azərbaycanlıların öz ata-baba yurdlarından qovulması ilə nəticələnib. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi sistemli şəkildə dağıdıb. Etnik təmizləmə qeyri-maddi mədəni irsimizə də ciddi mənfi təsir göstərib. Bizim adət-ənənələrimiz, həyat tərzimiz və sosial bağlarımız xeyli zərər görüb. Ermənistan hökuməti Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək məqsədilə UNESCO-nun missiyasının ölkəyə göndərilməsinə imkan vermir. Biz Ermənistandakı müqəddəs yerlərimizi ziyarət edə bilməyimizə yardım etmək xahişi ilə dinlərarası dialoqun sadiq müdafiəçisi olan Roma Papası Fransiskə müraciət göndərmişik.

Bundan əvvəl isə oxşar xahişlə Avropa İttifaqına müraciət etmişdik. Təəssüflər olsun ki, Avropa İttifaqı bizim dini və mədəni abidələrin dağıdılması və ziyarət hüququmuz məsələsinə tam etinasızlıq nümayiş etdirmişdi”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri