Dek
2023
00:27
83
11
1324
Virtual karabakh

Azərbaycan səfiri ABŞ komissiyasının fəaliyyətindəki siyasi korrupsiyanı dəlillərlə ifşa edib - FOTO

6 Dek, 2023
00:27
1324

Azərbaycan səfiri ABŞ komissiyasının fəaliyyətindəki siyasi korrupsiyanı dəlillərlə ifşa edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşü zamanı qurumun işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim edib.

Bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Dünən ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüm zamanı onlara işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim etdim.

Bundan əlavə, onlara bu yaxınlarda yazdığım məktubda ABŞ-də dini tolerantlığın pisləşməsi fonunda köməyimizi təklif etdim”, - deyə səfir vurğulayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri