Dek
2023
10:54
117
10
760
Virtual karabakh

Ten Kristian: “Fransanın Yeni Kaledoniyada hərbi baza yerləşdirməsinə razı deyilik” - VİDEO

6 Dek, 2023
10:54
760

Ten Kristian: “Fransanın Yeni Kaledoniyada hərbi baza yerləşdirməsinə razı deyilik” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezident Emmanuel Makron və daxili işlər naziri Jerald Darmanenlə silahlı qüvvələr naziri S.Lekornunun praktikasına qarşı ikinci etiraz nümayişi keçiririk. Onlar 2024-cü ildə müddəti bitəcək Numea sazişində nəzərdə tutulmuş öhdəliklərdən yayınmaq üçün müxtəlif manevrlərə əl atırlar”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Kaledoniya İttifaqı Partiyasının prezidenti Ten Kristian səsləndirib.

O bildirib ki, bugünkü nümayişlə Fransa hökumətinin Yeni Kaledoniyada yeni hərbi baza yerləşdirməsi və onun genişləndirməsinə etirazlarını bildirirlər.

“Yeni Kaledoniyanın hərbiləşməsinə razı deyilik. Biz bu yeni hərbi bazaya “Yox!” deyirik. Biz müharibə vəziyyətində deyilik. Hind-Sakit Okean regionunda yerləşən ölkələr, xalqlar arasında münasibətlər yaxşıdır. Ölkəmizdə hərbi baza yerləşdirilməsinə ehtiyac yoxdur. Fransanın məşğul olmalı olduğu başqa çox işləri var, onlarla məşğul olsun. Biz hərbi baza istəmirik”, - deyə o vurğulayıb.

Etiraz nümayişi keçirməkdə məqsədlərinin əhalini yerli və xarici KİV-lər vasitəsilə mümkün risklərlə bağlı xəbərdar etmək və məlumatlandırmaq olduğunu söyləyən partiya sədri deyib:

“Bugünkü nümayişimizlə Azərbaycan da daxil olmaqla, bütün ölkələrə demək istəyirik ki, bu mesajları BMT səviyyəsində çatdırmaq və paylaşmaq lazımdır. Emmanuel Makron hökumətinin bu manevrlərinə qarşı birlikdə mübarizə aparaq”.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri