Dek
2023
13:08
19
151
1248
Virtual karabakh

“Fransa azərbaycanlı jurnalisti deportasiya etməklə insan hüquqlarına qarşı çıxıb” - RƏY + FOTO

7 Dek, 2023
13:08
1248

“Fransa azərbaycanlı jurnalisti deportasiya etməklə insan hüquqlarına qarşı çıxıb” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Dövlət Universitetinin professoru, siyasi icmalçı Sabir Məmmədli hesab edir ki, Fransa azərbaycanlı jurnalisti deportasiya etməklə birbaşa olaraq insan hüquqlarına qarşı çıxıb.

O, “Report”a açıqlamasında deyib ki, rəsmi Paris beynəlxalq hüquqa zidd davranıb.

S.Məmmədli vurğulayıb ki, söz və ifadə azadlığı, ölkələrdə, o cümlədən BMT-nin üzvü olan dövlətdə informasiya mənbəyinin sərbəst şəkildə seçilməsi əsas prinsiplərdəndir. Jurnalistlər bu hüquqlarından geniş istifadə edirlər. Odur ki, Fransanın addımı utancvericidir. Nəzərə almaq lazımdır ki, bu dövlət media azadlığı ilə bağlı bir çox sənədi ratifikasiya edib. İndi isə buna zidd davranır”.

Professorun sözlərinə görə, azərbaycanlı jurnalist öz fəaliyyəti ilə heç bir beynəlxalq hüququ pozmayıb:

“Tədbirlərdən geniş auditoriyaya informasiya vermək hər bir jurnalistin hüquq və vəzifəsidir. Əgər Fransa hakimiyyətinin jurnalistin fəaliyyətinə etirazı var idisə, bunu fikir müxtəlifliyi, plüralizm prinsipləri əsasında daha sivil formada ifadə edə bilərdi. Azərbaycan jurnalistinə qarşı bu formada hərəkət isə söz və ifadə azadlığının, insan hüquqlarının pozulmasıdır”.

S.Məmmədli qeyd edib ki, məsələ barədə BMT-nin qanunsuz saxlanma ilə bağlı işçi qrupuna müraciət edilməlidir:

“Eyni zamanda, BMT-nin ifadə azadlığı üzrə ali komissarına, ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəliyinə müraciət olunmalıdır. Bunu həm əməkdaşı deportasiya edilən media qurumu, həm də jurnalist özü edə bilər. Bundan başqa, Beynəlxalq İnformasiya Azadlığı Jurnalist Şəbəkəsi var. Onlar da birbaşa olaraq belə işlərlə məşğuldurlar. Düşünürəm ki, sözügedən qurumlara müraciət lazımi nəticə verə bilər”.

Qeyd edək ki, AZƏRTAC-ın əməkdaşı Aygün Həsənova Fransadan deportasiya edilib. Şengen vizasına malik olmasına baxmayaraq, ona qarşı əsassız tələblər irəli sürülüb. Bu, onu göstərir ki, Fransa Prezidenti Emmanuel Makron faktiki olaraq Fransada diktatura qurur. Neokolonializm siyasəti həyata keçirən Fransa bu yolda bütün dünyəvi dəyərləri tapdalayır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri