Dek
2023
01:20
164
15
1324
Virtual karabakh

Metyu Brayza: “Separatçı rejimin ləğvilə sülh müqaviləsi qarşısında duran əngəl aradan qaldırılıb” - FOTO

8 Dek, 2023
01:20
1324

Metyu Brayza: “Separatçı rejimin ləğvilə sülh müqaviləsi qarşısında duran əngəl aradan qaldırılıb” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının çıxarılması və separatçı rejimin ləğv edilməsi ilə sülh müqaviləsinə gedən yolda sonuncu maneə aradan qaldırılıb.

Bu barədə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza sosial şəbəkə hesabında yazıb.

“Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının və separatçı siyasi hakimiyyətin sonu həm Ermənistanın Baş naziri Paşinyan, həm də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sülh müqaviləsi qarşısında duran sonuncu maneəni aradan qaldırdı”, - diplomat qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə iki  Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri