Fev
2024
15:21
10
51
1699
Virtual karabakh

Sahil Qasımov: “Bizdə xatircəmlik yaranıb, amma rahatlaşmaq olmaz” - MÜSAHİBƏ

3 Fev, 2024
15:21
1699

Sahil Qasımov: “Bizdə xatircəmlik yaranıb, amma rahatlaşmaq olmaz” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevral ayında Brüsseldə Avro-Atlantik ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təsis qurultayı keçiriləcək. Avro-Atlantik məkanda azərbaycanlıların yeni beynəlxalq transmilli lobbiçilik strukturu - Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası (EAPCA - Euro-Atlantic Partnership Council of Azerbaijanis) yaranacaq.

Bu barədə Oxu.Az-a Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, təşəbbüs qrupuna rəhbərlik edən Sahil Qasımov məlumat verib:

- Qurultayda təşkilatın nizamnaməsinin təsdiqi, loqosunun və internet saytının təqdim edilməsi nəzərdə tutulur. Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurasının yaradılmasına təkan verən son hadisələr, o cümlədən Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı qərəzli qərarı olub.

EAPCA-da hüquqşünaslar və siyasətçilər işləyəcəklər. Keçmiş deputatlarla danışıqlar aparılır.

- Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası ilə rəsmi Bakı arasında əlaqə saxlanılacaqmı?

- Bizim rəsmi Bakı ilə sıx əlaqəmiz var. Biz Azərbaycan Respublikasının Brüsseldəki və Avropa İttifaqındakı səfirliyi ilə birgə işləyirik, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə məsləhətləşirik.

- Qərbdəki diasporumuz tez-tez erməni lobbisi və ermənipərəst siyasətçilərin təhdidləri ilə üzləşir. Təzyiqlərdən çəkinmirsiniz?

- Hər zaman ermənipərəst lobbi və siyasətçilər tərəfindən təzyiqlər olub. Amma Azərbaycan bizim tarixi Vətənimizdir və bizdən başqa Avro-Atlantik zonada ölkəmizi müdafiə edəcək heç kim yoxdur. Biz bilirik ki, haqlıyıq və bu, bizi daha da gücləndirir.

- Azərbaycanla Avropa arasında açıq-aşkar böhran var, bunu özünüz də dediniz. Bunu həll etmək mümkündürmü?

- Doğrudan da, böhran var, bitmir, əksinə, son vaxtlar daha da güclənib. Amma əminəm ki, zaman keçdikcə gərginlik səngiyəcək.

44 günlük müharibədə qələbəmizdən sonra Avropadakı azərbaycanlılarda xatircəmlik yarandı. Amma mən müharibədən dərhal sonra dedim ki, indi biz daha çox işləməliyik, rahatlaşmamalıyıq və siyasi arenada mümkün qədər fəal olmalıyıq.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri