Fev
2024
17:18
134
27
970
Virtual karabakh

Pakistanlı müşahidəçi: “Bütöv Azərbaycanda seçkilərə şahid olmaq qürurvericidir” - VİDEO

7 Fev, 2024
17:18
970

Pakistanlı müşahidəçi: “Bütöv Azərbaycanda seçkilərə şahid olmaq qürurvericidir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Altı milyondan çox vətəndaşın səsvermədə iştirak edəcəyi gözlənilir. Doqquz mindən çox müşahidəçi akkreditasiyadan keçib. Onlar arasında xarici vətəndaşlar və müşahidəçilər də az deyil.

Pakistanlı beynəlxalq müşahidəçi Həmid Ahsan seçki prosesi ilə bağlı fikirlərini Baku TV ilə bölüşüb.

“Seçicilər intizamlı, seçkilər şəffaf, müşahidəçilər isə olduqca diqqətlidirlər. Uzun illərdən sonra bütöv Azərbaycan ərazisində keçirilən seçkinin şahidi olmaq çox zövqvericidir. Seçicilərə işğaldan azad olunmuş ərazilərdə belə yüksək səviyyədə iştirak etmək şəraitinin yaradılması məndə möhtəşəm hisslər yaşatdı”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri