20 
Fev
2024
20:09
381
96
1798
Virtual karabakh

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

20 Fev, 2024
20:09
1798

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Ötən illər ərzində Sizinlə və Azərbaycan hökuməti ilə əməkdaşlığımızdan məmnun olmuşuq. Dünya Bankı Qrupu ölkənin 2022-2026-cı illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyasında əksini tapmış əsas strateji prioritetlərin həyata keçirilməsində Sizi dəstəkləməyə sadiqdir. Biz bütün Azərbaycan vətəndaşlarının faydalanacağı investisiya siyasətinin hazırlanması və həyata keçirilməsində hökumətinizə yardım üçün qlobal təcrübəmizi bölüşməyə hazırıq.

Son onillik ərzində Azərbaycan öz inkişafında mühüm nəticələr əldə edib. Ölkənin iqtisadiyyatının şaxələndirilməsi, neft və qaz sektorundan asılılığın azaldılması məqsədilə hərtərəfli islahatların həyata keçirilməsi ilə bağlı öhdəliyinizi yüksək qiymətləndirirəm. Mən, həmçinin Sizi Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə və bununla da iqlim fəaliyyətinə dair qlobal diskursun formalaşmasına kömək etməyə hazır olduğunuzu nümayiş etdirdiyinizə görə təbrik edirəm.

Sizə yeni Prezident mandatınızda uğurlar arzulayıram və əməkdaşlığımızın davam edəcəyinə ümid edirəm”.

18:24

Venesuela Prezidenti Nikolas Maduro Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

President.az xəbər verir ki, təbrikdə deyilir:

“Venesuela Bolivar Respublikası hökuməti və xalqı adından Sizə müraciət etməkdən şərəf duyur və bu fürsətdən istifadə edərək 2024-cü il fevralın 7-də keçirilmiş demokratik prezident seçkilərindəki parlaq qələbəniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırıram.

Həmçinin seçki prosesində Azərbaycan qurumlarının fəaliyyəti zamanı əldə etdikləri uğurları yüksək qiymətləndiririk. Şübhəsiz ki, bu, hərtərəfli inkişafla yanaşı, sülh, rifah və təhlükəsizliyin qorunub saxlanılmasını təmin etməklə, xalqın milli suverenliyə sadiqliyıni təsdiqləyən bariz bir qələbədir.

Azərbaycan xalqının demokratik vətəndaş mövqeyinin ifadəsi ilə Simon Bolivar və Uqo Çavesin vətənindən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və multisentrik, çoxtərəfli dünyanın davamlı şəkildə möhkəmləndirilməsı yönündəki istəklərimızı Sizə çatdırırıq.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha yüksək ehtiramımı və hörmətimi bildirirəm”.

17:01

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Kraliça Raca Zarit Sofiah ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqı bundan sonra daha yüksək tərəqqi və firavanlığa nail olacaqdır.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı yeni yüksək zirvələrə çatdırmaq üçün fəaliyyətinizdə daha böyük uğurlar nəsib etməsini diləyirəm.

Malayziya ilə Azərbaycan Respublikası arasında çoxillik qardaşlıq münasibətlərinin və dostluq əlaqələrinin xalqlarımıza qarşılıqlı fayda gətirərək daha da möhkəmlənməsini arzu edirəm”.

15:50

Küveyt Dövlətinin Baş naziri Məhəmməd Sabah əl-Salim əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək dost Azərbaycan xalqına göstərdiyiniz xidmətdə, ölkənizin tərəqqisi və rifahı istiqamətində fəaliyyətinizdə Zati-alinizə uğurlar arzulayıram. Xalqlarımız arasında mövcud olan sıx dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edərək, bu münasibətlərin ölkələrimizin mənafeyi naminə daha da inkişaf etdirilməsi ilə bağlı istəyimizi bir daha vurğulayıram.

Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı inkişaf və rifah arzulayıram”.

13:59

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Masdar” şirkəti adından ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Müdrik liderliyiniz və baxışınız sayəsində “Masdar” Azərbaycanın Energetika Nazirliyi ilə ölkənizdə təmiz enerjinin təşviqi istiqamətində birlikdə səylə çalışır. Azərbaycan bərpa olunan enerjinin istehsalında regionda lider olmaqda davam edir.

Bu tərəfdaşlığın əyani nəticəsi ötən ilin oktyabrında Azərbaycanın ilk xarici investisiyaya əsaslanan müstəqil sənaye miqyaslı birinci günəş elektrik stansiyası layihəsinin - 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi ilə nümayiş olundu.

Prezidentliyinizin yeni dönəminə başlayarkən “Masdar” tərəfdaşlığımızı daha da gücləndirməyi, bununla da birlikdə ölkənin nəhəng təmiz enerji potensialını üzə çıxarmağı səbirsizliklə gözləyir.

Bu il Bakıda COP29-un keçiriləcəyini nəzərə alaraq biz Dubayda COP28-də qəbul edilmiş Birləşmiş Ərəb Əmirlikləri Konsensusunun müddəalarını yerinə yetirməyə, BƏƏ-nin və Azərbaycanın təmiz enerjinin, iqlim dəyişikliyi ilə mübarizənin təşviq olunmasına möhkəm sadiqliyini bütün dünyaya nümayiş etdirməyə ümidvarıq.

“Masdar” şirkətinin komandası COP29-dan faydalanaraq Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti ilə birlikdə yeni layihələrin, o cümlədən quruda 1 giqavat gücə malik bərpa olunan enerji layihələrinin və dəniz/yaşıl hidrogen istehsalı layihələrinin inkişaf etdirilməsində əməkdaşlıq edəcək.

Sizinlə Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında görüşməyi səbirsizliklə gözləyirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri