22 
Fev
2024
18:06
134
48
772
Virtual karabakh

Deputat: “İlham Əliyev böyük dövlətlərin bizimlə hesablaşmasına nail oldu” - FOTO

22 Fev, 2024
18:06
772

Deputat: “İlham Əliyev böyük dövlətlərin bizimlə hesablaşmasına nail oldu” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçiləndə mütləq şəkildə qarşıya qoyulan məsələlərin həllinə nail olacağına söz vermişdi. Bu, belə də oldu”.

Bunu Oxu.Az-a açıqlamasında deputat Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, İlham Əliyev illər əvvəl verdiyi vədləri yerinə yetirib:

“Dövlət başçısı işğal altında olan torpaqlarımızın geri qaytarılacağına, Azərbaycanın suveren hüquqlarının tam bərpa olunacağına söz vermişdi və hamısı reallaşıb. O, torpaqlarımız işğal altında olan zaman xarici dövlətlərin dəstəklədikləri ermənilərə qarşı apardığı mübarizədən alnıaçıq şəkildə çıxıb, öz sözünü deyib”.

Deputat əlavə edib ki, Prezident məqsədlərin reallaşması üçün fəaliyyət göstərib:

“İlham Əliyev yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti ilə qısa müddətdə xalq arasında böyük rəğbət qazandı. Prezidentin siyasətində əsas xətt həmişə xalqın rifahı, ərazi bütövlüyü olub. Bu istiqamətdə də ciddi işlər görülüb”.

O qeyd edib ki, fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi zamanı qalib olan dövlət başçısı andiçmə mərasimində keçilən yola nəzər salıb:

“Beynəlxalq münasibətlərin inkişafı, torpaqlarımızın azad olunması, ailə dəyərləri və digər proseslərdə qarşıya qoyulan məsələlərin həllini tapdığını qeyd edib. “Böyük Qayıdış” üçün işğaldan azad olunan yerlərdəki infrastrukturun bərpasına da nail olunub. Bu gündən sonra da bu proseslərdə İ.Əliyevin dəst-xətti olacaq.

Bu gün biz Prezidentin bir lider kimi xalq tərəfindən necə qarşılandığının şahidiyik. Ermənistan-Azərbaycan münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalı idi və belə də oldu. Heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməzdi və prezidentin rolu bu məsələdə danılmazdır.

İlham Əliyev Azərbaycanın dünyada önəminin artmasına, böyük dövlətlərin bizimlə hesablaşmasına nail oldu. Azərbaycan dinamik inkişaf yolu keçdi və tarixi nailiyyətlər əldə etdi”.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi zamanı xalqın səsinin və etibarının mütləq çoxluğu ilə (92,12 faiz) İlham Əliyev yenidən dövlət başçısı seçilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri