23 
Fev
2024
20:16
288
15
1987
Virtual karabakh

Rusiyalı deputat: “Paşinyan hamını satdı”

23 Fev, 2024
20:16
1987

Rusiyalı deputat: “Paşinyan hamını satdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakını dondurmaqla həm ölkəsinə, həm də Rusiyaya xəyanət etdi”.

Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev NEWS.ru-ya müsahibəsində deyib.

Parlamentari qeyd edib ki, Paşinyan Qarabağ hadisələrinin məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır.

“Nikol Paşinyan hər şeyə və hər kəsə, o cümlədən öz ölkəsinə, öz xalqına xəyanət etmiş bir adamdır. Paşinyan hamını satdı. Düşünürəm ki, onu tezliklə aradan qaldıracaqlar, burda başqa daha nə demək olar. O özü Qarabağa xəyanət edib, indi bütün məsuliyyəti Rusiyanın üzərinə atır. Rusiya o zaman Ermənistanın köməyinə gəldi”, - deyə Sobolev əlavə edib.

Xatırladaq ki, Nikol Paşinyan bir müddət əvvəl Ermənistanın KTMT-də iştirakının hazırda dondurulduğu barədə bəyanat verib.

Eyni zamanda siyasətçi əlavə edib ki, Ermənistanda Rusiya hərbi bazasının saxlanması məsələsi də gündəmdə deyil.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri