23 
Fev
2024
22:08
340
14
2538
Virtual karabakh

AMEA-da Ramiz Mehdiyevin vaxtında təsis edilən vəzifələr ləğv edildi

23 Fev, 2024
22:08
2538

AMEA-da Ramiz Mehdiyevin vaxtında təsis edilən vəzifələr ləğv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında baş direktor və icraçı direktor vəzifələri ləğv edilib.

Bu barədə İqtisadiyyat.az akademiyadan məlumat əldə edib.

Bildirilib ki, akademiyanın institutlarında baş direktor vəzifəsi direktor, icraçı direktor vəzifəsi isə elmi işlər üzrə müavin vəzifəsi kimi təsdiqlənib.

Bu vəzifələrin AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq təsdiq edildiyi bildirilib.

Xatırladaq ki, əvvəllər də AMEA-nın institutlarında direktor və müavin vəzifələri mövcud olub. Baş direktor və icraçı direktor vəzifələri isə Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə təsis edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri