24 
Fev
2024
01:48
136
17
1058
Virtual karabakh

ABŞ-nin Çikaqo şəhərində Azərbaycanın səyyar konsulluq xidməti təşkil olunacaq

24 Fev, 2024
01:48
1058

ABŞ-nin Çikaqo şəhərində Azərbaycanın səyyar konsulluq xidməti təşkil olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Çikaqo şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq.

“Report”un xəbərinə görə, Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təşkil olunan səyyar konsulluq xidməti fevralın 24-də baş tutacaq.

Səfirlik Çikaqo şəhəri və yaxın ərazilərdə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək onlara tələbləri ilə bağlı səfirliklə əlaqə saxlamaqla, görüş vaxtının təyin olunmasını xahiş edib. Həmvətənlərimizə qəbul çərçivəsində pasportların rəsmiləşdirilməsi, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ-də səyyar konsulluq xidməti Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin səyləri nəticəsində 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilir. Ötən müddət ərzində ABŞ-nin qərb, cənub şəhər və ştatlarında, Texasda, Bostonda, Nyu-Yorkda səyyar konsulluq xidmətləri keçirilib və bu fəaliyyətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri