25 
Fev
2024
00:09
13
103
1376
Virtual karabakh

Qərbi Azərbaycan Xronikası: Türk-xristian məbədlərini erməniləşdirmək üçün dağıtdılar - VİDEO

25 Fev, 2024
00:09
1376

Qərbi Azərbaycan Xronikası: Türk-xristian məbədlərini erməniləşdirmək üçün dağıtdılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Oxu.Az xəbər verir ki, veriliş Qərbi Azərbaycanın Loru mahalında yerləşən Cücəkəndə həsr olunub.

Bildirilir ki, kənd Qızıl Orda sərkərdəsi Cuci xanın şərəfinə salınıb.

Yazıçı-publisist Miraslan Bəkirli deyir ki, kənddə Qafqaz türkləri yaşayıblar:

“Orada qədim Alban kilsələri olub. 1950-ci illərdə kənd əhalisi Yerevana məktubla müraciət edərək Cücəkənddə yerləşən abidənin öyrənilməsini istəyib.

Erməni alimlər gəliblər. Bir müddət keçəndən sonra abidə sökülərək yerində tövlə tikilib. 1996-cı ildə risk edib kəndə getmişdim. Kənddəki məscidin söküldüyünün şahidi oldum. Sonradan onun yerində kilsə tikmişdilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri