25 
Fev
2024
21:20
217
7
878
Virtual karabakh

Tükiyə alpinistləri Xocalı faciəsi qurbanlarının xatirəsini Haçadağın zirvəsində anıb - FOTO/VİDEO

25 Fev, 2024
21:20
878

Tükiyə alpinistləri Xocalı faciəsi qurbanlarının xatirəsini Haçadağın zirvəsində anıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tükiyəli alpinistlər Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsini Haçadağın zirvəsində anıb.

“Report” xəbər verir ki, Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq təşkil olunan yürüş səhər saatlarında Culfa rayonu Gal kəndindən start götürüb və iştirakçılar zirvəyə qədər olan doqquz kilomet məsafə qət ediblər.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Turizm Departamenti və Naxçıvan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil olunan yürüşə qardaş ölkənin İstanbul, Antalya, Qars, Ağrı, Elazığ, İğdır bölgələrindən gələn aralarında peşəkar, həvəskar alpinistlər olmaqla 40 nəfər, eləcə də 10 nəfər yerli ekstrimsevər qatılıb.

Çətin relyefdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi və mövcud risklərin idarə olunması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşları da aksiyaya cəlb ediliblər.

İştirakçılar tərəfindən 2 415 metr yüksəklikdə - Haçadağın zirvəsində Xocalı faciəsi qurbanları və 44 günlük Vətən Müharibəsinin şəhidləri yad edilib, hər iki ölkənin Dövlət himni ifa olunaraq Azərbaycan-Türkiyə qardaşlığı və Xocalı soyqrımına aid şüarlar səsləndirilib.

Yürüş başa çatdıqdan sonra alpinistlərə təşəkkürnamə təqdim olunub.

Qeyd edək ki, alpinist qrupu üçgünlük səfər proqramı çərçivəsində Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin, eləcə də Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün abidələrini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Bundan əlavə, qonaqlar muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına baş çəkiblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri