27 
Fev
2024
12:14
547
73
12722
Virtual karabakh

Prezidentin yeni təyin etdiyi nazir kimdir? - DOSYE + VİDEO

27 Fev, 2024
12:14
12722

Prezidentin yeni təyin etdiyi nazir kimdir? - DOSYE + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Fərid Turab oğlu Əhmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb. 

Oxu.Az yeni nazirin dosyesini təqdim edir:

Fərid Turab oğlu Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. 

2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirib. 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini, 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.

2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Karyerasına 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində başlayıb. Daha sonra 2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib. 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Ailəlidir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri