27 
Fev
2024
13:19
271
43
1470
Virtual karabakh

“Azərkontrakt” ASC-də tədbir: Partiya sıralarına daxil olan 18 yeni üzvə vəsiqələr təqdim edilib - FOTO

27 Fev, 2024
13:19
1470

“Azərkontrakt” ASC-də tədbir: Partiya sıralarına daxil olan 18 yeni üzvə vəsiqələr təqdim edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayonu, “Üzeyir Hacıbəyli küçəsi, 62” (“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti) ərazi partiya təşkilatının cari məsələlərlə bağlı iclası olub.

“Azərkontrakt” ASC-nin İdarə heyətinin sədr müavini Güləddin Dadaşov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və çıxış üçün sözü iclasda iştirak edən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanova verib.

Azər Süleymanov dövlət başçısının Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və “Azərkontrakt” ASC-nin kollektivinin seçkidə fəal iştirakına görə onlara təşəkkürünü bildirib. 

Güləddin Dadaşov “Azərkontrakt” ASC-nin fəaliyyətinin YAP prinsiplərinə uyğun qurulduğunu qeyd edərək göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu gün xalqımız kimi “Azərkontrakt” ASC-nin kollektivinin də Azərbaycan Respublikasının Prezidentinin ölkəmizin inkişafına, tərəqqisinə verdiyi layiqli töhfələrin real nəticələrini görüb dəyərləndirdiklərini və əzmkar fəaliyyəti ilə qürur duyduqlarını diqqətə çatdırıb.

Partiya vəsiqələri alan Toğrul Əzimov, Nigar Məmmədova, Rəşad Vahidov və daha 15 nəfər YAP-ın fəaliyyətini, ölkə başçısının uğurlu siyasətini dəstəklədiklərini qeyd edib, YAP-a üzv olmaqdan fəxarət hissi duyduqlarını və bu adı şərəflə daşıyacaqlarını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri