27 
Fev
2024
19:08
18
267
2352
Virtual karabakh

Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır - RƏY + FOTO

27 Fev, 2024
19:08
2352

Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan baş naziri Nikol Paşinyanın qərəzli açıqlamaları, Azərbaycanı guya müharibəyə hazırlaşmaqda ittiham etməsi Qərbin Cənubi Qafqazdakı çirkin maraqlarından xəbər verir. Proseslərin təhlili göstərir ki, Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır”.

Bu fikirləri “Report”a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, buna dəlalət edən kifayət qədər faktlar var:

“Faktlar sırasında Ermənistana siyasi və hərbi dəstəyin verilməsini, Fransa dövlət başçısı Emmanuel Makronun N.Paşinyanın yanında olması haqqında bəyanatı, Qərbin az qala bütün arenalarda İrəvana etdiyi yardımı qeyd etmək olar. Bütün bunlar çirkin hədəf və məqsədlərə xidmət edir. Eyni zamanda, xüsusi qeyd etməli olduğumuz məqam Fransa, eləcə də digər Qərb dövlətləri tərəfindən Ermənistanın davamlı silahlandırılmasıdır. Son zamanlar bunu açıq-aydın nümayiş etdirirlər. Fransa rəsmiləri Ermənistana gələrək, hərbi əməkdaşlıq müqavilələri bağlayırlar və İrəvanda oturub, Azərbaycana qarşı ittihamlar səsləndirirlər”.

Deputat hesab edir ki, Ermənistan son günlərdə ümumiyyətlə, sülh müqaviləsi barədə düşünmür, sadəcə Azərbaycanı ittiham etməklə məşğuldur:

“Hazırda bölgədə Fransanın simasında Qərb və Rusiya qarşıdurması gedir. Qərb çalışır ki, Cənubi Qafqazda yeni cəbhə, münaqişə yaratsın. Hesab edirəm ki, bu, çox təhlükəli yanaşmadır və bütün dövlətlər üçün ciddi problem yarada bilər”.

Parlamentari bildirib ki, Ermənistanın addımları bölgəni ciddi formada təhdid edir:

“Yaradılan vəziyyət Cənubi Qafqaza yeni münaqişələr, qarşıdurmalar vəd edir, gərginliyi artırır. Qərb dövlətləri təxribatların həm onlar üçün, həm də Ermənistan üçün ciddi fəsad və təhlükə yaradacağını nəzərə almalıdırlar. Hazırda məsuliyyət Ermənistanın üzərinə düşür. İrəvan çox diqqətli olmalıdır. Ermənistan 30 il ərzində Azərbaycanın xəbərdarlığından nəticə çıxarmadı və çox ağır itkilərlə, faciələrlə üz-üzə qaldı. Bölgədə gərginlik yaratmaq Ermənistana yaxşı nəsə vəd etmir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri