27 
Fev
2024
19:40
105
14
1518
Virtual karabakh

Güney Azərbaycanın mübariz ruhanisi - VİDEO

27 Fev, 2024
19:40
1518

Güney Azərbaycanın mübariz ruhanisi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar İran hakimiyyəti Güney Azərbaycan milli-mədəni fəallarına təzyiqlərini yenidən artırıb, onlarla fəal müxtəlif şəhərlərdə qondarma ittihamlarla həbs olunub. Bunlardan bir qismi sonradan iri məbləğdə girov müqabilində və ya digər vasitələrlə azadlığa çıxsa da, rejimin zindanlarında saxlananlar hələ də çoxdur.

“Azad İran” “YouTube” kanalı mövzu ilə bağlı süjet hazırlayıb.

Bildirilib ki, dinc metodlarla mənsub olduğu millətin təməl haqlarını tələb etdiyinə görə həbsə atılan bu fəallar içərisində bir nəfərin adı Güney Azərbaycan milli hərəkatındakı çəkisi və nüfuzu baxımından xüsusilə diqqəti çəkib.

Bu, Güney Azərbaycanın mübariz ruhanisi kimi tanınan hüccətül-islam Əbdüləziz Əzimi Qədimdir. O, təqribən üç həftə öncə Qumdan Tehrana gedərkən İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb və zindana göndərilib. Bunun Əzimi Qədimin neçənci həbsi olduğu dəqiq bilinmir, çünki düz 20 ildir o, milli haqlar uğrunda apardığı sivil mübarizəyə görə İran rejimi tərəfindən müxtəlif əsassız ittihamlarla həbs olunur.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri