28 
Fev
2024
01:28
95
28
1326
Virtual karabakh

Litvanın İsveçdəki səfiri Rusiyanı Kalininqradın məhv edilməsi ilə hədələyib - FOTO

28 Fev, 2024
01:28
1326

Litvanın İsveçdəki səfiri Rusiyanı Kalininqradın məhv edilməsi ilə hədələyib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyus Rusiyanın NATO-ya hücum etdiyi təqdirdə Kalininqrad şəhərinin məhv ediləcəyini söyləyib.

O, bu barədə “X” hesabındakı yeni paylaşımında bildirib.

“Əgər Rusiya NATO-ya meydan oxumağa cəsarət etsə, ilk olaraq Kalininqrad zərərsizləşdiriləcək”, - deyə Linkyaviçyus yazıb.

O əlavə edib ki, İsveç alyansa qoşulduqdan sonra Baltik dənizi NATO-nun daxili dənizinə çevrilib. Siyasətçinin sözlərinə görə, Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı bəyanatları gerçəyə çevrilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Moskva NATO ölkələrinə hücum etmək niyyətində deyil. O, bu tezislərdən birini ABŞ-li jurnalist Taker Karlsona müsahibəsində səsləndirib.

Mənbə: octagon.media

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri