28 
Fev
2024
17:38
91
23
2232
Virtual karabakh

Zaxarova Zelenskinin Ermənistana mümkün səfərini şərh etdi - VİDEO

28 Fev, 2024
17:38
2232

Zaxarova Zelenskinin Ermənistana mümkün səfərini şərh etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri ilk növbədə Ermənistan və Ukraynanın diplomatik idarələri tərəfindən təsdiqlənməlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “News.ru”nun Zelenskinin İrəvana səfəri ehtimalı ilə bağlı sualını cavablandırarkən deyib.

“İlk növbədə, iki dövlət buna münasibət bildirməlidir. Bizim Kiyevə qarşı mövqeyimizi Ermənistan müttəfiq kimi yaxşı bilir”, - deyə o vurğulayıb.

Xatırladaq ki, fevralın 23-də Ermənistan mediası Zelenskinin Ermənistana səfərinə hazırlıq barədə məlumat yayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri