29 
Fev
2024
10:10
36
13
1068
Virtual karabakh

COP29 nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı iclasında iştirak edib - FOTO

29 Fev, 2024
10:10
1068

COP29 nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı iclasında iştirak edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) 6-cı iclasında iştirak edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

Bildirilir ki, iclasda COP29 nümayəndə heyəti Azərbaycanın inklüziv yanaşmasını təqdim edib və COP29-da bütün maraqlı tərəflərlə işləmək öhdəliyini ifadə edib.

“Onlar həmçinin Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC) üçün daha yüksək ambisiyaların müəyyən edilməsinin vacibliyini də vurğulayıblar”, - deyə paylaşımda qeyd olunub.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri