Mar
2024
12:58
85
24
712
Virtual karabakh

Bolqarıstan Xalq Məclisinin sədri ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

4 Mar, 2024
12:58
712

Bolqarıstan Xalq Məclisinin sədri ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Bolqarıstan nümayəndə heyətinin üzvləri ulu öndərin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyublar.

Daha sonra, nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri