“Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesi Tavuş (Dilican mahalı - red.) rayonundan başlaya bilər”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
O, yaxın vaxtlarda Tavuşa gedəcəyini vəd edib.
Paşinyanın sözlərinə görə, bu məsələ ilə bağlı qərar qəbul edərkən vəziyyətin tam təhlilindən çıxış etmək lazımdır.
İrəvan hesab edir ki, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinə yaxın vaxtlarda başlanılmalıdır.
Mənbə: TASS