18 
Mar
2024
07:40
100
14
1225
Virtual karabakh

Hikmət Hacıyev Çinin ekologiya və ətraf mühit nazirinin müavini ilə görüşüb - FOTO

18 Mar, 2024
07:40
1225

Hikmət Hacıyev Çinin ekologiya və ətraf mühit nazirinin müavini ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Çinə səfəri çərçivəsində bu ölkənin ekologiya və ətraf mühit nazirinin müavini Çjao İnminlə görüşüb.

H.Hacıyev bununla bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Görüşdə COP29-la əlaqədar qarşıda duran məsələlərlə bağlı, iqlim ədaləti, ümumi, lakin fərqli məsuliyyətlər konsepsiyası və Qlobal Cənub ölkələrinin iqlim fəaliyyətinə və yaşıl keçidə baxışları ilə əlaqədar geniş müzakirələr aparılıb.

Azərbaycanda yaşıl keçid proqramı çərçivəsində Çin şirkətləri ilə əməkdaşlıq yüksək qiymətləndirilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri